Modern.az

Azərbaycanın Türkiyədəki yeni hərbi attaşesi Yaşar Gülərlə GÖRÜŞDÜ

Azərbaycanın Türkiyədəki yeni hərbi attaşesi Yaşar Gülərlə GÖRÜŞDÜ

Aktual

26 İyul 2024, 18:20

Azərbaycanın Türkiyədəki yeni hərbi attaşesi, Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Zeynalov Türkiyə müdafiə naziri Yaşar Gülərlə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, görüşdə ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov da iştirak edib.

 

Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib, ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdirilməsinin vacibliyinə diqqət çəkilib və müdafiə sahəsində yeni əməkdaşlıq imkanları müzakirə edilib.

 

Azərbaycanın Türkiyədəki yeni hərbi attaşesi Yaşar Gülərlə GÖRÜŞDÜ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri