Modern.az

Şəkidə aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilib - FOTOLAR

Şəkidə aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilib - FOTOLAR

Aktual

27 İyul 2024, 09:36

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) tərəfindən Bakı şəhərində, regionlarda və müxtəlif sosialyönümlü ünvanlarda minlərlə aztəminatlı şəxslərə mütəmadi olaraq pulsuz hüquqi yardım aksiyaları davam etdirilir.

 

Modern.az xəbər verir ki, növbəti belə aksiya ARVK-nın və Şəki şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 26-da Şəkidə aztəminatlı şəxslərə pulsuz hüquqi yardımla əlaqədar aksiya keçirilib.

 

Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən keçirilən aksiya da 50-dən çox Şəki şəhəri və ətraf  rayon sakinlərinə pulsuz hüquqi yardım göstərilib.


Aksiyadan yararlanmış şəxslər Vəkillər Kollehiyasının rəhbərliyinə və Şəki şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını bildiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri