Modern.az

Bu ərazilərdə işıq olmayacaq...

Bu ərazilərdə işıq olmayacaq...

Aktual

27 İyul 2024, 00:43

“Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində iməciliklə ilə əlaqədar olaraq iyulun 27-də bir sıra ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

 

Modern.az ASC-yə istinadən bildirir ki, saat 10:00-dan 12:30-dək Biləsuvarda Əmənkənd qəsəbəsi və rayonun bir hissəsi, saat 10:00-dan saat 12:00-dək Cəlilabadda rayonun bir hissəsi, Masallının Həsənli, Xırmandalı, Qarğalıq, Şəhriyar, Kürdabad, Qədirli, Dəlləkli, Köçəri kəndləri, saat 10:00-dan saat 13:00-dək Lənkəranın Gərmətük, Aşağı Nüvədi, Şilim kəndləri, Yardımlının Gabran və Honovar kəndləri, saat 10:00-dan saat 12:00-dək Astaranın Kakalos, Kijəbə, Ərcivan, Səncərədi kəndləri, saat 10:30-dan saat 12:30-dək Lerik rayonunun bir hissəsi və Siyov kəndinin enerji təchizatında fasilələr olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri