Modern.az

MSK seçki bülletenlərinin sayını elan etdi

MSK seçki bülletenlərinin sayını elan etdi

Aktual

27 İyul 2024, 14:22

Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına və sayına aid tələbləri təsdiqləyib.

Modern.az xəbər verir ki, bununla bağlı məsələ MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatında Mərkəzi Seçki Komissiyasının iyulun 27-də keçirilən iclasında müzakirəyə çıxarılaraq qəbul olunub.

MSK-nın sədr müavini Rövzət Qasımov bildirib ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar 6 milyon 516 min 567 ədəd seçki bülleteni çap ediləcək. Bülletenlərdə namizədlərin soy adı, adı, atasının adı və digər zəruri məlumatlar əksini tapacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri