Modern.az

87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb - MSK sədri

87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb - MSK sədri

27 İyul 2024, 14:40

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1255 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

Namizədliyi irəli sürülən 1255 nəfər arasında 454 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.

Ümumilikdə 516 namizədliyi irəli sürülən şəxsin siyasi partiya mənsubiyyəti var.

"Deputatlığa namizədliyini irəli sürənlərdən 1092 nəfəri imza vərəqəsi alıb, 388 nəfər isə imza vərəqələrini qaytarıb", - deyə MSK sədri əlavə edib.

M.Pənahov qeyd edib ki, indiyə qədər 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri