Modern.az

Azər Kərimli seçicilərlə görüşdü - FOTO

Azər Kərimli seçicilərlə görüşdü - FOTO

Aktual

9 Avqust 2024, 18:26

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində 111 saylı Zaqatala–Balakən seçki dairəsi üzrə deputatlığa namizəd Azər Kərimlinin Zaqatala rayonunun Danaçı və Uzunqazmalar kəndlərində seçicilərlə görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, görüşdən əvvəl rayonun Birinci və İkinci Qarabağ döyüşlərində şəhid olan qəhrəmanların məzarı ziyarət olunub.

 

Azər Kərimli giriş nitqində budəfəki seçkilərin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra ilk parlament seçkiləri olduğunu vurğulayıb. Cənab prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın suverenliyinin bərpa olunması qeyd olunub. 

 

Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

 

Azər Kərimli seçicilərlə görüşdə ötən dövr ərzində görülən işlər barədə də danışıb. Daha sonra deputatlığa namizəd Azər Kərimli seçicilərin suallarını cavablandırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran təhdid etdi, ABŞ adamını Bakıya göndərdi