Modern.az

Pakistanlı jurnalistdən İlham Əliyev barədə maraqlı PAYLAŞIM

Pakistanlı jurnalistdən İlham Əliyev barədə maraqlı PAYLAŞIM

Aktual

9 Avqust 2024, 23:56

“Pakistan Daily” qəzetinin redaktoru Hamza Azhar Salam sosial şəbəkə hesabında Azərbaycan Prezidenti İlham Əliyev haqqında fikirlərini bölüşüb.

 

Modern.az xəbər verir ki, o, “X” hesabında ölkə başçısı ilə çəkilmiş fotosunu paylaşaraq, İlham Əliyev barəsində diqqətini çəkən 9 məqamı qeyd edib.

 

Azhar Salam bildirib ki, İlham Əliyev jurnalistlər üçün bir çox Qərb liderindən daha əlçatandır.

 

Jurnalistin paylaşımını təqdim edirik:

 

“Azərbaycan Prezidenti İlham Əliyev haqqında diqqətimi çəkən 9 şey.

 

1. İngilis, türk, azərbaycan, fransız və rus dillərində danışa bilir.

 

2. Heç bir qurtum su içmədən çətin suallara 3 saatdan çox cavab verə bilir.

 

3. Bir çox müxtəlif layihələrin maliyyə rəqəmlərini əzbər söyləyə bilir.

 

4. O, müxtəlif ölkələrin media ekosistemlərindən xəbərdardır.

 

5. O, jurnalistlər üçün bir çox Qərb liderlərindən daha əlçatandır.

 

6. Bəzən söhbətlərinə/cavablarına yumor əlavə edir.

 

7. Partiya iclaslarında onun ritorikası sülhə meyilli görünür, lakin lider kimi o, istənilən ehtimala hazırdır.

 

8. Müttəfiqlərinə necə hörmət etməyi və düşmənlərini çəkindirməyi bilir.

 

9. Açıqsözlüdür, sözü dolandırmaz və onun yüksək iş etik standartlarını anlayan istedadlı, çalışqan komanda ilə işləməkdən həzz alır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran təhdid etdi, ABŞ adamını Bakıya göndərdi