Modern.az

Neçə müşahidəçi qeydiyyatdan keçib?

Neçə müşahidəçi qeydiyyatdan keçib?

Aktual

10 Avqust 2024, 18:38

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün indiyədək ümumilikdə 46 min 807 yerli müşahidəçi akkreditasiyadan keçib.

 

Modern.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 10-da keçirilən iclasında söyləyib.

 

O bildirib ki, bu müşahidəçilərdən 5715 nəfəri Mərkəzi Seçki Komissiyasında, 41 min 92-si isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib.

 

M.Pənahov deyib ki, növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 29 beynəlxalq qurumdan və 46 ölkədən 267 nəfər akkreditə olunub.

 

Belə ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan 40 nəfər, ATƏT-in Parlament Assambleyasında 61 nəfər, MDB Parlamentlərarası Assambleyasından 36 nəfər, Türkiyə Böyük Millət Məclisindən 14 nəfər, Mərakeş Nümayəndələr Palatasından 4 nəfər, Kamboca Milli Assambleyasından 3 nəfər, Pakistan Milli Assambleyasında 3 nəfər, Malayziya Parlamentindən 2 nəfər, Belarus Respublika Şurasında 2 nəfər, Rusiya Federal Məclisinin Federasiya Şurasından 2 nəfər, Belarus Nümayəndələr Palatasından 1 nəfər, Gürcüstan Parlamentindən 1 nəfər, Qazaxıstan Senatından 1 nəfər, TURKPA-dan 17 nəfər, Beynəlxalq Parlamentarilər Konqresindən 4 nəfər, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisindən 4 nəfər, GUAM Parlament Assambleyasından 3 nəfər, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasından 2 nəfər, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqından 2 nəfər, Asiya Parlament Assambleyasından 1 nəfər, Türkiyə Yüksək Seçim Kurulundan 5 nəfər, Maldiv Mərkəzi Seçki Komissiyasından 3 nəfər, Bolqarıstan Mərkəzi Seçki Komissiyasından 2 nəfər, Filippin Mərkəzi Seçki Komissiyasından 2 nəfər, Gürcüstan Mərkəzi Seçki Komissiyasından 2 nəfər, Pakistan Mərkəzi Seçki komissiyasından 2 nəfər, Qazaxıstan Mərkəzi Seçki Komissiyasından 1 nəfər, Monteneqro Mərkəzi Seçki Komissiyasından isə 1 nəfər akkreditasiyadan keçib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran təhdid etdi, ABŞ adamını Bakıya göndərdi