Modern.az

90 dəqiqəlik oyunda qalib müəyyənləşmədi

90 dəqiqəlik oyunda qalib müəyyənləşmədi

Aktual

10 Avqust 2024, 23:45

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun növbəti oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, günün ikinci qarşılaşmasında “Səbail” və “Neftçi” komandaları üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Hesabı 24-cü dəqiqədə “Neftçi”nin heyətində Yuri Matias açıb. “Səbail”in cavab qoluna isə 48-ci dəqiqədə Dmitro Litvin imza atıb.

 

Günün ilk oyununda “Araz-Naxçıvan” “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəlib.

 

Ötən gün turun açılış görüşündə “Qarabağ” “Kəpəz”in qapısından üç cavabsız top keçirib.

 

Qeyd edək ki, ikinci turun oyunları avqustun 11-də başa çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran təhdid etdi, ABŞ adamını Bakıya göndərdi