Modern.az

Diasporumuzdan erməni lobbisinə zərbə - ERMƏNİSTAN TƏŞVİŞDƏ

Diasporumuzdan erməni lobbisinə zərbə - ERMƏNİSTAN TƏŞVİŞDƏ

Aktual

11 Avqust 2024, 14:05

“Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsində görüşlərdən birinin mövzusu Qərbi Azərbaycana həsr olunduqdan sonra ermənilər yenidən təşvişə düşüblər. Bu hadisə ilə əlaqədar Ermənistan mediasında narahatlıq dolu materiallar dərc edilib. 

 

Modern.az xəbər verir ki, Azərbaycanın Laçında keçirilən “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsində Qərbi Azərbaycana həsr olunan görüşdən sonra erməni mediası çox absurd bir şəkildə Azərbaycanın Ermənistan və İran ərazilərinə iddia etməsi ilə bağlı narahatlığını ifadə edib. Məqalələrdə Azərbaycanın "Qərbi Azərbaycan" termini və mədəni irsə aid iddialarının təhrif edildiyi və bu siyasətin Ermənistanın ərazi bütövlüyünə qarşı yönəldiyi vurğulanır (//armenpress.am/ru/article/1197456 ).

 

Ermənistan tərəfi bu tədbirlərin gənc nəsillərə təsir edərək ermənilərə qarşı neqativ münasibət formalaşdırmaq məqsədi daşıdığını iddia edir (//ru.aravot.am/2024/08/10/437631/).

 

Lakin, həqiqət budur ki, Azərbaycanın Qərbi Azərbaycan konsepsiyası, tarixi həqiqətlərin və tarixi ədalətin bərpasına yönəlib, qonşu dövlətlərin ərazi bütövlüyünü sual altına almır. Azərbaycanın məqsədi, öz torpaqlarına və məcburi köçkünlərin yurdlarına qayıdışını təmin etməkdir. Ermənistanın bu cür təxribat xarakterli ittihamları, regionda gərginlik yaratmaq və beynəlxalq aləmdə yanlış təsəvvürlər yaratmaq məqsədi güdür.

 

Azərbaycan isə beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü təmin etməyə və tarixi ədaləti bərpa etməyə davam edəcək. Ermənilərin narahatlığına baxmayaraq, Azərbaycan regionda sülh və sabitliyin təminatçısı olmağa çalışır və qonşu dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır.

 

Bu məsələnin təxribat məqsədi ilə manipulyasiya edilməsi regionda sülh və stabilliyə zərər vurmaqdan başqa bir nəticə verməyəcək. Azərbaycanın mövqeyi aydındır: Ölkəmiz tarixi ədaləti bərpa etməyə yönəlmiş fəaliyyətlərini davam etdirəcək və bununla bağlı heç bir təxribat cəhdinə icazə verməyəcək.

 

Qeyd edək ki, avqustun 1-dən 7-dək davam edən və diaspor tarixinin möhtəşəm layihələrindən biri hesab olunan Diaspor Gənclərinin V Yay Düşərgəsində dünyanın 60 ölkəsindən 115  gənc iştirak edib. Onların sırasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri yer alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ