Modern.az

"BakıKart" hesablarındakı vəsait silinib? - AÇIQLAMA

"BakıKart" hesablarındakı vəsait silinib? - AÇIQLAMA

Aktual

14 Avqust 2024, 21:57

"Azərbaycan vətəndaşlarının "BakıKart" mobil tətbiqində hesabları və oradakı vəsaitləri silinməyib".

 

Modern.az xəbər verir ki, bu barədə"Report"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

 

"Yaranmış texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq "BakıKart" kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik. Mobil Tətbiqin işi bərpa olunduqdan sonra vətəndaşlar hesablarındakı vəsaitdən istifadə edə biləcəklər", - deyə məlumatda qeyd edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ