Modern.az

İki rayonda qaz olmayacaq

İki rayonda qaz olmayacaq

Aktual

14 Avqust 2024, 22:36

Görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 15-i saat 09:30-dan Sabirabad rayonu və saat 10:00-dan etibarən isə paytaxtın Suraxanı rayonu ərazisində qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Bu barədə Modern.az-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

 

Təmir işləri aparılan müddətdə Sabirabad şəhəri daxil olmaqla, rayonun Qaralar, Məmişlər, Qəfərli, Əsədli və Kürkənd kəndlərinin, eləcə də paytaxtın Suraxanı rayonunun Hövsan bağlar yaşayış massivinin və Hövsan kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ