Modern.az

Azər Kərimli Zaqatala kəndlərində - FOTO

Azər Kərimli Zaqatala kəndlərində - FOTO

Aktual

14 Avqust 2024, 23:31

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində 111 saylı Zaqatala–Balakən seçki dairəsi üzrə deputatlığa namizəd Azər Kərimli növbəti görüşlərini keçirib. O, Zaqatala rayonu 3-cü Tala və Daglı kəndlərində seçicilərlə bir araya gəlib.

 

Görüşdən əvvəl kəndlərin Birinci və İkinci Qarabağ döyüşlərində şəhid olan qəhrəmanların məzarı ziyarət olunub. Azər Kərimli giriş nitqində budəfəki seçkilərin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra ilk parlament seçkiləri olduğunu vurğulayıb. Cənab prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın suverenliyinin bərpa olunması qeyd olunub. 

 

Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

 

Azər Kərimli seçicilərlə görüşdə ötən dövr ərzində görülən işlər barədə də danışıb. Daha sonra deputatlığa namizəd Azər Kərimli seçicilərin suallarını cavablandırıb

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ