Modern.az

Ceyhun Məmmədov seçicilərlə görüşdü - FOTO

Ceyhun Məmmədov seçicilərlə görüşdü - FOTO

Aktual

23 Avqust 2024, 21:27

2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədliyi irəli sürülmüş Ceyhun Məmmədovun Saatlı rayonu, Nərimankənd qəsəbəsində seçicilərlə görüşü keçirilib.

 

YAP Cəbrayıl Rayon Təşkilatının sədr müavini Məhəmməd Əliyev çıxşında partiyanın seçkilərə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatılaraq, yeni hədəflərə doğru inamla addımladığı bildirib.

 

Görüşdə çıxış edən deputatlığa namizəd Ceyhun Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan müvəffəqiyyətlərdən bəhs edib. O, xalqımızın tarixi Zəfər qazandığını və bundan sonra daha da möhtəşəm uğurlara imza atılacağını bildirib. Vurğulanıb ki, iqtisadi, sosial, mədəniyyət və digər sahələrdə aparılan kompleks islahatlar artıq məntiqi nəticəsini verir. Deputatlığa namizəd daha sonra YAP-ın seçki platformasından danışaraq seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.

 

Görüşün sonunda seçicilərin fikir və təklifləri dinlənilib, müraciətlərə operativ qaydada baxılması üçün diskusiya aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi