Modern.az

Polisə dəstək verənlərin geyimlərinin üzərinə “Mülki inspektor” yazılacaq

Polisə dəstək verənlərin geyimlərinin üzərinə “Mülki inspektor” yazılacaq

12 Fevral 2025, 16:44

Polisə ictimai dəstək verənlərin geyimlərinin üzərinə “Mülki inspektor” sözləri yazılacaq.

Modern.az-ın xəbərinə görə, bu, Daxili İşlər Nazirliyinin Kollegiyasının qərarı ilə “İctimai asayişin qorunmasında iştirak edən vətəndaşların xüsusi geyim formasının, döş nişanının və vəsiqəsinin təsviri və nümunələri”ndə edilən dəyişiklikdə əksini tapıb.

Bundan əvvəl həmin geyimlərin üzərində “Polisə ictimai dəstək” yazılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!