Modern.az

Sumqayıtda yaşayış məhəlləsində avtomat TAPILDI

Sumqayıtda yaşayış məhəlləsində avtomat TAPILDI

Aktual

28 Fevral 2025, 09:22

Sumqayıtda silah-sursat aşkarlanıb.

Modern.az xəbər verir ki, hadisə “Sumqayıtçay və 76-cı məhəllə ərazilərində qeydə alınıb.

Belə ki, “Sumqayıtçay” ərazisində çayın kənarında 1 ədəd “TOZ-8” markalı qoşa lülə ov tüfəngi, 76-cı məhəllə ərazisində isə 1 ədəd “AK-74” markalı avtomat və ona məxsus sandıq, içərisində 20 ədəd 7.62 patron aşkarlanıb.

Aşkarlanan silah-sursat polisə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi