Modern.az

Azərbaycan ABŞ ilə süni intellekt üzrə data mərkəzlərinin tikintisini müzakirə etdi

Azərbaycan ABŞ ilə süni intellekt üzrə data mərkəzlərinin tikintisini müzakirə etdi

Aktual

12 Yanvar 2026, 16:40

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov ölkəmizdə səfərdə olan ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Modern.az-a Nazirlikdən bildirilib.

Görüşdə Azərbaycanla ABŞ arasında məzmunca zənginləşən strateji əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Eyni zamanda Nazirliklə ABŞ-nin Ticarət və İnkişaf Agentliyi arasında dəmiryol infrastrukturu, telekommunikasiya, kosmik texnologiyalar, süni intellekt texnologiyaları üçün data mərkəzlərinin tikintisi üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Sizə yeni x var
Keçid et
Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı