Modern.az

İki rayonda qaz olmayacaq

İki rayonda qaz olmayacaq

Aktual

2 Aprel 2025, 20:47

Bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 

Qeyd olunub ki, "Zabrat-Buzovna-Türkan" magistral qaz kəmərində, Xəzər rayonu, Binə qəsəbəsində, Suraxanı rayonu, Əmircan qəsəbəsində görüləcək təmir işləri ilə əlaqədar 03.04.2025-ci il saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

 

"Qaz təchizatı dayandırılan müddətdə Binə qəsəbəsinin (11H saylı sahə), Əmircan qəsəbəsinin (A.Rzayev küçəsi), "Mərdəkan Bağları", "Stansiya-Qala" və "Mərdəkan yeni yaşayış" massivlərinin istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!