Modern.az

Zelenski güzəştə getməyə hazırdır

Zelenski güzəştə getməyə hazırdır

Aktual

4 Aprel 2025, 16:54

Ukrayna prezidenti Vladimir Zelenski yaxın həftələr və ya aylar ərzində Rusiya ilə münaqişə zonasında atəşkəs imzalana biləcəyini açıqlayıb.

Modern.az-ın məlumatına görə, Zelenski həmçinin bildirib ki, Ukrayna Rusiyaya keçən ərazilərlə bağlı kompromislərə getməyə hazırdır. O bu torpaqları Rusiya ərazisi kimi tanımaqdan imtina edib, deyib ki, onların geri dönüşü zamanla, diplomatik kanallarla baş verə bilər.

Rusiya istənilən ərazi güzəştlərindən imtina edir.

Zelenski isə qeyd etdiyi variantı münaqişəyə son qoymağın yeganə yolu hesab edib, çünki bu, əbədi davam edə bilməz. O, hansı əraziləri nəzərdə tutduğunu dəqiqləşdirməyib.

Xatırladaq ki, Luqansk, Donbass, Xerson və Zaporojye vilayətləri 2022-ci ildə keçirilən qondarma referendumun nəticələrinə görə, Rusiyanın tərkibinə daxil olublar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü