Modern.az

Leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏDARLIQ

Leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏDARLIQ

Aktual

24 Aprel 2025, 16:48

Bəzi şimal və qərb rayonlarında aprelin 25-i, dağlıq ərazilərdə isə 26-sı gündüz hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki) yağıntının arabir intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi