Modern.az

Ukrayna Azərbaycana təşəkkür göndərdi

Ukrayna Azərbaycana təşəkkür göndərdi

Ölkə

20 Yanvar 2026, 22:41

Ukraynanın Baş naziri Yuliya Sviridenko enerji sahəsində göstərilən yardıma görə Azərbaycana təşəkkürünü bildirib.

Modern.az xəbər verir ki, Yuliya Sviridenko “Telegram” səhifəsində yaxın günlərdə Azərbaycan, Slovakiya və Çexiyadan əlavə enerji yüklərinin Ukraynaya çatdırılacağını qeyd edib.

Baş nazir yazıb: “Bütün tərəfdaşlarımıza davamlı dəstəyə və artıq göstərilən yardıma görə təşəkkür edirik”.

O bildirib ki, təqdim olunan bütün yardımlar Ukrayna evlərində istilik və enerji təchizatının bərpasına, həmçinin Rusiya qüvvələrinin intensiv atəşləri nəticəsində zərər görmüş enerji obyektlərinin yenidən qurulmasına yönəldilir.

Onun sözlərinə görə, daha dörd ölkə Ukraynaya enerji yardımı paketləri təqdim etməyə hazırlaşır. Bundan əlavə, İrlandiya gələn həftə Ukraynanın Enerji Dəstək Fonduna 25 milyon avro məbləğində ianə edəcək.

Sizə yeni x var
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?