Modern.az

Kəmaləddin Heydərov onu rəis TƏYİN ETDİ

Kəmaləddin Heydərov onu rəis TƏYİN ETDİ

17 İyun 2025, 17:35

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinə yeni rəis təyin edilib.

Modern.az-ın məlumatına görə, müvafiq əmr fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tərəfindən imzalanıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polkovnik Rövşən Nəbiyev gətirilib. O, bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov polkovnik Rövşən Nəbiyevlə görüşüb.

Qeyd edək ki, bundan əvvəl Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində çalışan  polkovnik Elnur Məhərrəmov ötən ay həmin vəzifədən azad edilərək, FHN-in Bakı Regional Mərkəzinin rəisi təyin olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyevin ŞOK səs yazısı yayıldı - Görün nələr dedi?!