Modern.az

Paşinyanın Abazyanı niyə işdən çıxardığı məlum oldu - SƏBƏB

Paşinyanın Abazyanı niyə işdən çıxardığı məlum oldu - SƏBƏB

Aktual

18 İyun 2025, 11:14

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanın vəzifədən azad olunmasının səbəbləri açıqlanıb.

Modern.az xəbər verir ki, Ermənistan KİV-nin məlumatına görə, Armen Abazyan baş nazir Nikol Paşinyanın biznesmen Samvel Karapetyana qarşı tədbir görülməsi tələbini yerinə yetirməkdən imtina etdiyi üçün tutduğu vəzifədən çıxarılıb.

Politoloq Qrant Melik-Şahnazaryan bildirib ki, bir neçə gün əvvəl Milli Təhlükəsizlik Xidmətinin Katolikos II Qaregini hava limanında qarşılayan vətəndaşlara qarşı hər hansı tədbir görməkdən imtina etdiyi barədə də məlumat yayılıb.

Melik-Şahnazaryanın sözlərinə görə, Armen Abazyan bir neçə gün öncə Samvel Şahramanyanı qondarma “artsax” rəhbərliyinə öz namizədliyini irəli sürməməyə məcbur edib və bununla da “artsax”ın “prezidentsiz” qalması üçün hər şeyi edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!