Modern.az

Hökumənin büstü ilin sonunadək hazır OLACAQ

Hökumənin büstü ilin sonunadək hazır OLACAQ

Aktual

25 İyun 2025, 11:07

Azərbaycanın Milli Qəhrəmanları Hökumə Əliyeva və Aleksandr Kalyaninovun ailə üzvləri Qazaxıstanın Aktau şəhərinə gediblər.

Onlar Aktauda qəza yerini ziyarət ediblər.

Hökumə Əliyevanın atası Cəlil Alıyev Modern.az-a səfərlərin detalları barədə danışıb:

"Ailəlikcə qəzanın baş verdiyi şəhərə getdik. Kalyaninovun anası da, qohumları da getmişdi. Səfərimiz bir sutka çəkdi. Orada abidə tikiblər. Aeroportda mənə dedilər ki, həmin abidəni azərbaycanlılar hazırlayıblar".

C.Alıyev söyləyib ki, Hökumə Əliyevanın II Fəxri Xiyabandakı qəbrində bu ilin sonuna kimi büst qoyulacaq.

O, həmçinin qeyd edib ki, evlərinin həyətində muzey hazırlanır.

"Öz vəsaitimiz hesabına tikirik. İnşallah, avqustun 8-nə ad gününə çatdırmaq istəyirik", - Cəlil Alıyev deyib.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?