Modern.az

Paşinyan Brüsselə getdi - Bu şəxslərlə görüşəcək

Paşinyan Brüsselə getdi - Bu şəxslərlə görüşəcək

14 İyul 2025, 09:44

İyulun 14-də Ermənistanın baş naziri Nikol Paşinyan Brüsselə işgüzar səfər edib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin məlumatında bildirilib.

Paşinyanın bu gün Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə üçtərəfli görüş planlaşdırılır.

Nikol Paşinyan Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kosa və Belçikanın baş naziri Bart de Veverlə də görüşəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən Azərbaycana RUSDİLLİ ÖLKƏ damğası