Modern.az

Azərbaycanla Slovakiya arasında siyasi məsləhətləşmələr

Azərbaycanla Slovakiya arasında siyasi məsləhətləşmələr

Aktual

9 Avqust 2025, 11:15

Payızda Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.

 

Modern.az xəbər verir ki, bunu Slovakiya Respublikasının Avropa İşləri üzrə Dövlət Katibi Marek Eştok "X" hesabında yazıb.

 

O, məsləhətləşmələrin sentyabr ayında Bakı şəhərində keçiriləcəyini qeyd edib. Slovakiya nümayəndəsi tədbirin keçirilməsini səbirsizliklə gözlədiyini bildirib.

 

Eştok Azərbaycanın Ermənistanla davam edən sülh danışıqlarını dəstəklədiyini qeyd edib.

 

"Bu, onilliklərlə davam edən münaqişədən sonra sülhə doğru atılmış vacib addımdır. Slovakiya növbəti addımları dəstəkləyir", - diplomat xüsusilə Vaşinqtonda baş tutacaq görüşə istinad edərək yazıb.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza