Modern.az

Zelenski azərbaycanlı döyüşçünü təltif etdi

Zelenski azərbaycanlı döyüşçünü təltif etdi

Aktual

13 Mart 2026, 16:05

Ukrayina prezidenti Volodimir Zelenski daha bir soydaşımızı təltif edib.

Modern.az-ın məlumatına görə, azərbaycanlı döyüşçü Emin Həsənov "İgidliyə görə" ordeniylə təltif olunub. 

Məlumata görə, Emin Həsənov 2015-ci ildən könüllü olaraq Ukrayna ordusunda xidmət edir. 2022-ci il Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi təcavüzdən sonra əlində silah ön cəbhədədir. Döyüşçü yoldaşlarının “Türk" ləqəbi verdikləri soydaşımız Kyevin müdafiəsi, həmçinin Donbass, Zaporojye, Xarkov istiqamətlərində qəhrəmanlıqlar göstərib. O, bir neçə dəfə ağır yaralanmasına baxmayaraq müalicə aldıqdan sonra cəbhə xəttinə, komandiri olduğu birliyinə qayıdıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə