Modern.az

Vaşinqton razılaşmalarının icrasını dəstəkləməyə hazırıq - ATƏT

Vaşinqton razılaşmalarının icrasını dəstəkləməyə hazırıq - ATƏT

Aktual

9 Avqust 2025, 15:31

ATƏT Azərbaycan-Ermənistan razılaşmasınndan məmnunluğunu ifadə edib.

Modern.az-ın məlumatına görə, təşkilatdan APA-ya bildirib ki, avqustun 8-də Vaşinqtonda imzalanan razılaşmaları müsbət qarşılayır və ABŞ-ın bu məsələdki rolunu təqdirəlayiq hesab edir.

ATƏT Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq və sülhə nail olmaq üçün mümkün olan hər şeyi etməyə çağırır, eləcə də hər iki ölkəyə stabillik və davamlı sülh gətirən bütün səyləri dəstəkləməyə davam edir.

Təşkilat avqusun 8-də əldə olunan razılaşmaların icrasına dəstək verməyə hazır olduğunu bəyan edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza