Modern.az

Vaşinqton razılaşması dayanıqlı sülhə yol açır - Avropa İttifaqı

Vaşinqton razılaşması dayanıqlı sülhə yol açır - Avropa İttifaqı

Aktual

10 Avqust 2025, 15:17

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Ermənistan və Azərbaycan liderlərinin ABŞ paytaxtında sülh müqaviləsini paraflamasını tarixi hadisə adlandırıb.

 

Modern.az-ın məlumatına görə, o bildirib ki, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın atdığı bu addım bölgədə uzunmüddətli və davamlı sülhün təmin olunmasına mühüm töhfə verəcək.

 

Aİ Komissiyasının Prezidenti Ursula Fon der Lyayen isə açıqlamasında razılaşdırılmış addımların vaxtında icrasının vacibliyini vurğulayıb və Avropa İttifaqının normallaşma prosesinə dəstəyinin davam edəcəyini bəyan edib.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza