Modern.az

Formula 1 yarışları LƏĞV EDİLDİ

Formula 1 yarışları LƏĞV EDİLDİ

Dünya

13 Mart 2026, 22:15

Formula 1 üzrə Bəhreyn və Səudiyyə Ərəbistanında nəzərdə tutulan Qran-Pri yarışları İrandakı müharibə ilə əlaqədar ləğv olunub.

 

Modern.az xəbər verir ki, bu barədə bir sıra Qərb mediası məlumat yayıb.

 

Bəhreyn və Səudiyyə Ərəbistanındakı yarışlar bu mövsümün dördüncü və beşinci Qran-priləri olaraq keçirilməli idi. Yarışların Bəhreyndə aprelin 10-12-də, Səudiyyə Ərəbistanında isə bir həftə sonra keçirilməsi planlaşdırılırdı. Bəhreyn 2004-cü ildən, Səudiyyə Ərəbistanı isə 2021-ci ildən Formula yarışlarına ev sahibliyi edir.

 

Qeyd edək ki, Formula 1 yarışlarının 17-ci - Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da Bakı şəhər halqasında keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə