Sanatoriya və istirahət mərkəzlərinə yollayışların verilməsi prosesində şəffaflığın, operativliyin və əlçatanlığın təmin olunması məqsədilə e-ahik Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi istifadəyə verilib.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) bu gün keçirilən mətbuat konfransında məlumat verilib.
Bildirilib ki, 2025-ci il yanvarın 1-dən iyulun 31-dək 32 minə yaxın yollayış verilib ki, bu isə ötən ilin müvafiq dövrünə nisbətən 1,5 dəfə çoxdur.