Modern.az

İran hökuməti Zəngəzur dəhlizi ilə bağlı son qərarını AÇIQLAYACAQ

İran hökuməti Zəngəzur dəhlizi ilə bağlı son qərarını AÇIQLAYACAQ

Aktual

21 Avqust 2025, 11:47

İran hökumətinin sözçüsü Fatma Mühacirani mətbuata açıqlama verib.

Modern.az-ın məlumatına görə, F.Mühacirani prezident Məsud Pezeşkianın bir neçə gün öncəki Ermənistana səfəri zamanı ölkənin milli maraqlarını qorumaq üçün Zəngəzur dəhlizi ilə bağlı bir sıra qərarların qəbul edildiyini və bu qərarların tezliklə açıqlanacağını bildirib.

"Prezidentin səfəri zamanı diqqət çəkən məsələlərdən biri Şimal-Cənub dəhlizi və Qafqazdan keçən nəqliyyat xətti idi. Bu marşrut üçün əvvəllər ciddi planlamalar aparılıb və bu səfər zamanı mövzu ilə bağlı ciddi müzakirələr oldu. Bu xəttin qorunması üçün lazımi qiymətləndirmələr aparılıb və milli maraqların qorunması üçün nəticə çıxarılıb".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...