Modern.az

Netanyahu “erməni soyqırımı” ilə Ərdoğandan qisas alır

Netanyahu “erməni soyqırımı” ilə Ərdoğandan qisas alır

Aktual

28 Avqust 2025, 15:47

Netanyahu Ərdoğandan qisas almaq üçün “erməni soyqırımı”nı tanıyıb. Modern.az xəbər verir ki, bunu Almaniyanın “Bild” nəşri yazıb.

İsrailin baş naziri Benyamin Netanyahu ilk dəfə gözlənilmədən guya 110 il əvvəl baş verdiyi iddia olunan qondarma “erməni soyqırımı”nı tanıyıb.

“Bild” yazır ki, bununla Netanyahu “erməni soyqırımı” mövzusunu gündəmə gətirməklə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana meydan oxuyur.

İsrail indiyədək “erməni soyqırımı”nı rəsmən tanımaqda tərəddüd edirdi: ölkə Türkiyə ilə yaxşı münasibətlərini riskə atmaq istəmirdi. 1949-cu ildə Türkiyə İsraili dövlət kimi tanıyan ilk müsəlman ölkəsi olub. 2000-ci illərə qədər iki ölkə sıx əməkdaşlıq edirdi, hətta birgə hərbi təlimlər keçirir və yüksək texnologiyalı silahlar (məsələn, qırıcı təyyarələr) mübadiləsi aparırdı.

İsrail baş nazirinin indi bu bəyanatı verməyə cəsarət etməsi o deməkdir ki, Ərdoğanla münasibətlər çox güman ki, düzəlməz dərəcədə zədələnib. Türkiyə prezidenti mütəmadi olaraq İsrail əleyhinə bəyanatlar verir, HƏMAS-la açıq dostluq edir, onların liderlərini qonaq edir. O, həmçinin yəhudi dövlətini fələstinlilərə qarşı “soyqırımı”ında ittiham edir.

Netanyahunun qondarma “erməni soyqırımı”na istinad etməsi əks-hücum kimi qiymətləndirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj