Modern.az

Ombudsmandan Ağdamdakı hadisəyə REAKSİYA

Ombudsmandan Ağdamdakı hadisəyə REAKSİYA

Aktual

28 Avqust 2025, 18:12

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ağdamda valideynləri tərəfindən şiddətə məruz qalan azyaşlılarla bağlı məlumat yayıb.

 

Modern.az-ın məlumatına görə, Ombudsmandan bildirilib ki, şiddətə məruz qalmış azyaşlıların hüquqlarının müdafiəsi aparatın diqqət mərkəzindədir.

 

Qeyd olunub ki, mediada Ağdam rayonunda atası tərəfindən döyüldüyü iddia edilən 2 azyaşlı uşağın xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat yayımlandığı andan etibarən məsələ Ombudsman Aparatı tərəfindən araşdırılır, uşaqların vəziyyəti nəzarətdə saxlanılır.

 

Hazırda 2023-cü il təvəllüdlü uşaq Ağdam Rayon Mərkəzi Xəstəxanasında həkim nəzarəti altındadır. 2024-cü il təvəllüdlü uşağın isə Respublika Neyrocərrahiyyə Xəstəxanasına əməliyyat olunduğu və hazırda vəziyyətinin ağır olduğu müəyyən edilib.

 

Məsələ ilə bağlı Ombudsman Aparatı tərəfindən Daxili İşlər Nazirliyi və Ağdam Rayon İcra Hakimiyyətinə sorğular göndərilib.

 

Uşaqların hüquqlarının qorunması, zorakılıqdan müdafiəsi və valideynlərin əməllərinə qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi məsələsi tərəfimizdən nəzarətdə saxlanılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj