Modern.az

Deputatlar tətildən QAYITDILAR

Deputatlar tətildən QAYITDILAR

Aktual

1 Sentyabr 2025, 09:36

Milli Məclisin deputatları tətildən qayıdıblar. Onlar bu gündən – sentyabrın 1-dən iş başında olacaqlar.

Modern.az-ın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, deputatlar payız sessiyasına hazırlıq məqsədilə komitə iclaslarına başlayacaqlar. 

Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Sessiya çərçivəsində plenar iclasların keçirilməsi, bir sıra qanun layihələrinin müzakirəsi və qəbul olunması nəzərdə tutulur. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular