Modern.az

İran Bəhreyndə yanacaq anbarlarını vurdu

İran Bəhreyndə yanacaq anbarlarını vurdu

Aktual

12 Mart 2026, 15:06

İran Bəhreynin əl-Mühərrəq vilayətindəki yanacaq anbarlarını vurub. Gecə baş verən hücum nəticəsində yanğın baş verib.

Modern.az BNA xəbər agentliyinə istinadla bildirir ki, bu barədə Bəhreynin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik sakinləri zərurət olmadan evdən çıxmamağa, ehtiyatlı olmağa çağırıb.

Bəhreyn Müdafiə Qüvvələri İran ətrafında hərbi əməliyyatlar başlayandan bəri ölkəni hədəfə alan 108 raket və 177 pilotsuz uçuş aparatını zərərsizləşdirdiyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə