Modern.az

Ukrayna və İsrail səfirləri Bakıda görüşdülər

Ukrayna və İsrail səfirləri Bakıda görüşdülər

Aktual

5 Sentyabr 2025, 13:32

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev israilli həmkarı Ronen Kraus ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Y.Qusev sosial şəbəkə səhifəsində məlumat verib.

Y.Qusev qeyd edib ki, Kraus ilə Ukraynanın dəstəklənməsi və iki dövlətin əməkdaşlıq məsələlərini müzakirə edib.

"Bu həftə Ukrayna səfirliyində yeni təyin olunmuş İsrail səfiri Ronen Kraus ilə görüşmək şərəfinə nail oldum. Biz məzmunlu söhbət apardıq. Ukraynanın dəstəklənməsi ilə bağlı məsələləri müzakirə etdik və gələcək koordinasiyanın vacibliyində razılaşdıq", - diplomat yazıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular