Modern.az

IV kurs tələbəsi dəm qazından boğulub ÖLDÜ

IV kurs tələbəsi dəm qazından boğulub ÖLDÜ

Allah rəhmət eləsi̇n

26 Yanvar 2024, 10:12

ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi Sərxan Həsənovun vəfat etdiyi barədə məlumat yayılıb.

 

Modern.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda tələbənin ötən gecə dəm qazından boğulub öldüyü bildirilib.
 

Sərxan ADA Universitetinin ABŞ-da təcrübə keçən tələbələrindən biri, həm də Prezident təqaüdçüsü idi. 
 

Sərxan Həsənov 2020-ci ildə qəbul imtahanlarında 692,5 bal toplayaraq III qrup üzrə ölkə birincisi olmuşdu.

O, Sumqayıt şəhərindəki Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbi qızıl medalla bitirmişdi. Respublika Fənn Olimpiadasında Azərbaycan dili və ədəbiyyat üzrə ikinci yeri tutaraq, gümüş medala layiq görülmüşdü.

Allah rəhmət eləsin.

 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?