Bu gün saat 19 radələrində Cəbrayıl rayonu ərazisində sürücü Nəsiman Yaqublu "Nissan" markalı avtomibillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yol kənarına aşırıb.
Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
N.Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
***
19:07
Müsavat Partiyasının 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədi, professor Nəsiman Yaqublu ağır yol qəzasına uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının sabiq başqanı Arif Hacılı "Facebook" hesabında paylaşım edib.
Məlumata görə, professor Zəngilandan seçicilərlə görüşdən qayıdarkən qəzaya düşüb.
“İlkin məlumata görə, Nəsiman bəy Füzuli xəstəxanasına yerləşdirilib.
Qəzanın səbəbləri, hadisənin mahiyyəti, Nəsiman bəyin sağlıq durumu barədə məlumatları dəqiqləşdirdirməyə çalışırıq.
Rəsulzadə və Cümhuriyyət irsinin tədqiqatçısı, istiqlal məfkurəsinin daşıyıcısı olan görkəmli ziyalımıza tezliklə şəfalar diləyirik.
Allah qorusun!”, - o, paylaşımda qeyd edib.