Modern.az

“Nənələr”in 89 yaşlı üzvü vəfat etdi

“Nənələr”in 89 yaşlı üzvü vəfat etdi

27 İyun 2025, 14:46

Lənkəranın məşhur “Nənələr” folklor qrupunun 89 yaşlı üzvü vəfat edib.

Modern.az  xəbər verir ki, 1936-cı il təvəllüdlü Xanımbacı Quliyeva dünyasını dəyişib.

Qeyd edək ki, X.Quliyeva ilk dəfə yaradılan "Bacılar" adlı folklor qrupun yaradıcılarından olub.

O, doğulduğu Separadi kəndində dəfn olunacaq.

1445934

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?