Modern.az
Qəzənfər Həmidoğlu “Bülbül qığı”na sui-qəsd cəhdi?!

Qəzənfər Həmidoğlu

“Bülbül qığı”na sui-qəsd cəhdi?!

Analitika

26 Aprel 2022, 15:46

Qəzənfər Həmidoğlu


Putin Rusiya Federasiyası Baş Prokurorluğunun kolleqiya iclasında bildirdi ki, “rusiyalı məşhur jurnalist”ə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb. Həmin jurnalisti öldürməyi planlaşdıran terror qrupu aprelin 25-də Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən zərərsizləşdirilib.


Rusiya liderinin sözlərinə görə, bu bədəməllərin kuratoru “Qərbin xüsusi xidmətləri, ilk növbədə, əlbəttə ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsidir (CİA)”:

“Görünür, onlara belə məsləhətlər verirlər. Bunların jurnalist hüquqlarına, informasiyanın yayılmasına münasibəti budur. Bütünlükdə insan haqlarına münasibətləri belədir: onlar yalnız öz hüquqlarından dəm vururlar – kimisi öz imperiya ambisiyalarından, kimisi də ənənələrinə uyğun müstəmləkə keçmişindən çıxış edərək... Bu işlər Rusiyada keçməz”.
 

Putinin bəyanatından sonra FSB bəyan etdi ki, jurnalist Vladimir Solovyovu “sifariş” ediblərmiş. Kreml təbliğatının ən yekə ruporu, Ermənistanın “Şərəf” ordeni laureatı Vladimir Solovyovun - sadomozaxistlərin kumiri olan nami-dəyər “Cоловьиный помет”un, yəni, “Bülbül qığı”nın bu həşirdə jurnalist kimi təqdim edilməsi maraqlı, amma bir qədər qıdıqlayıcı oldu...
 


Özü də “Bülbül qığı”nı “National Socialism/White Power (Ağların Gücü) terror təşkilatı “təmizləmək” istəyib. Üstəlik, CİA onları siper-kiber cəbbəxana ilə təmin edib: 8 ədəd “Molotov kokteyli”, ovçu tüfəngi, RQD-5 qumbaraları, əldəqayırma partladıcı qurğular, 1000-dən artıq müxtəlif kalibrli güllə, saxta Ukrayna pasportları, neo-nasist ədəbiyyat və atributlar və ən başlıcası narkotika (bunsuz olmaz)... Sanki donuz ovuna çıxacaqlarmış.
 

Belə bir versiya da ortalığa atıldı ki, “Bülbül qığı”nı Ukrayna prezidenti sifariş edibmiş.

“Mənim qətl planıma Zelenskinin birbaşa bağlılığı var”, - Solovyov “dəyər”ini bir qədər də şişirtdi. Post factum iddia edildi ki, Simonyan və Kiselyov da “plan”a salınıbmış...
 

Qığ yemiş qarğa kimi ortalıqda fırlanan Kreml propaqandistlərini “sifariş” etmək Kiyevin nəyinə gərəkdir? Bunların işi Rusiya əhlini zombiləşdirmək və qulaqlarından lapşa-əriştə asmaqdır. Çox güman ki, bu absurd sui-qəsd oyunu da lapşa asmaqdan başqa bir şey deyil...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu