Modern.az

Həbsxanada qiyam- 9 məhbus öldü, 106-sı qaçdı

Həbsxanada qiyam- 9 məhbus öldü, 106-sı qaçdı

2 Yanvar 2018, 10:41

Braziliyanın  Qoyas ştatındakı  həbsxanada baş vermiş qiyam zamanı 9 məhbus həlak olub, 14 nəfər xəsarət alıb.

 

Modern.az  xarici KİV-ə istinadən xəbər verir ki, həbsxanada qiyam iki cinayətkar qruplaşmanın davası ilə başlayıb.

 

Qiyam zamanı həbsxanada yanğın olub və penitensiar müəssisədən 106 cinayətkar qaçıb. Hazırda onların 29-u saxlanılıb. Digər qaçan 77 məhkumun tutulması üçün əməliyyatlara başlanılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat