Modern.az

Azərbaycan diplomatı İrandan ÇIXARILDI 

Azərbaycan diplomatı İrandan ÇIXARILDI 

Dünya

15 Mart 2026, 21:53

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə davam edir.

 

Modern.az xəbər verir ki, bu gün saat 18:00-dan 21:00-dək olan müddətdə bir nəfər Azərbaycan diplomatı və üç nəfər Çin vətəndaşı sərhəd-keçid məntəqəsi vasitəsilə təxliyə olunub.

 

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

 

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?