Modern.az

Nazir müavini: “Qeyri-rəsmi məşğulluğun qarşısı alınır”

Nazir müavini: “Qeyri-rəsmi məşğulluğun qarşısı alınır”

Aktual

30 May 2018, 15:49

“Dünya əhalisinin 60 faizi, qeyri-rəsmi məşğuldur. Avropa Birliyinə daxil olan ölkələrdə əhalinin 18-20 faizi qeyri-rəsmi iş fəaliyyəti göstərir”.

 

Modern.az-ın məlumatına  görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Məşğulluq haqqında” qanun layihəsinin müzakirəsi zamanı Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

 

Nazir müavini qeyd edib ki, bunu tamamilə aradan qaldırmaq mümkün deyil.

 

İ.İsayev qeyd edib ki, Azərbaycanda qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində addımlar atılır.

 

“Burada kompleks yanaşma olmalıdır, daha çox stimullaşdırıcı tədbirlər görülməlidir. İnsanlar pensiya yaşını düşünmürlər, bəzən pensiya yaşına qədər yaşamayacaqlarını düşünürlər. Ona görə də rəsmi məşğulluğa maraq göstərmirlər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə