Modern.az

Nazir Kardiologiya İnstitutunun direktorunu vəzifədən azad etdi - Yeni təyinat oldu

Nazir Kardiologiya İnstitutunun direktorunu vəzifədən azad etdi - Yeni təyinat oldu

27 Sentyabr 2018, 15:16

Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı  sentyabrın 21-də səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb:

 

Nazirin əmrinə əsasən, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəli oğlu Baxşəliyev öz xahişi ilə tutduğu vəzifəsindən azad edilib.

 

Oqtay Şirəliyevin imzaladığı digər əmrə əsasən, Gülnaz Mahir qızı Dadaşova  Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat