Modern.az

Fatmayı kəndində toyda kütləvi dava

Fatmayı kəndində toyda kütləvi dava

Aktual

19 İyun 2019, 00:11

Abşeronun Fatmayı kəndində bıçaqlanma hadisəsi baş verib.

Modern.az  “Report”a istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Şiriyev Orxan Allahverən oğlu və 1987-ci il təvəllüdlü Əliyev Osman Mirzəbala oğlu öz həyətlərində naməlum şəxs tərəfindən bıçaqlanıblar.

 

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O.Şiriyevə qarının kəsilmiş-deşilmiş yarası, O.Əliyevə isə döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hər iki yaralı əməliyyat edilib.

 

Bildirilir ki, hər iki şəxs evlərinin həyətyanı sahəsində keçirilən toy mərasimində baş vermiş kütləvi dava zamanı bıçaqlanıblar.

Sizə yeni x var
Keçid et
İran bir milyonluq ordu topladı: ABŞ quru əməliyyatına başlayır