Modern.az

Tütün məmulatları istifadəçilərinə yeni qadağalar qüvvəyə mindi

Tütün məmulatları istifadəçilərinə yeni qadağalar qüvvəyə mindi

Aktual

2 Yanvar 2020, 14:33

Gürcüstanda yanvarın 1-dən etibarən tütün məmulatları istifadəçilərinə yeni qadağa tətbiq olunub.

 

Modern.az "Azərtac"a istinadla xəbər verir ki, mövcud qüvvədə olan qanunvericiliyə əsasən Gürcüstanda kafe, restoran, kinoteatr, digər bina və ictimai yerlərdə tütün məmulatlarından istifadə qadağandır.

 

Yanvar ayından etibarən bu siyahıya idman meydançaları və böyük stadionlar da əlavə olunub.

 

Qanunu pozan şəxslərə maliyyə sanksiyaları tətbiq olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?