Modern.az

Təbrizdə stadiona Süleymaninin adı verildi

Təbrizdə stadiona Süleymaninin adı verildi

Aktual

6 Yanvar 2020, 22:49

Təbrizdə “Maşınsazi” futbol komandasının ev görüşlərini keçirdiyi “Bonyan dizel” stadionunun adı dəyişdirilərək Qasım Süleymani adlandırılıb.

Modern.az  xəbər verir ki, bu barədə qərarı “Traktor” və “Maşınsazi” klublarının sahibi Məhəmmədrza Zenuzi verib. Tezliklə, adın dəyişdirilməsi ilə bağlı sənədlərin tam qaydasına salınacağı vurğulanıb.

Bununla belə klub rəhbərliyinin atdığı addım sosial şəbəkələrdə etirazlara səbəb olub. Etirazçılar klub rəhbərliyinin addımıyla razılaşmadıqlarını bəyan ediblər.



Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?