Modern.az

Hafiz Hacıyev özünü təriflədi: “Mən dünyada tanınmış şəxsəm”

Hafiz Hacıyev özünü təriflədi: “Mən dünyada tanınmış şəxsəm”

Aktual

8 Yanvar 2020, 09:54

Sosial şəbəkələrdə Hafiz Hacıyevin Göygöl rayonunda deputatlığa namizədliyinin irəli sürülməsinin etirazla qarşılandığı haqqında xəbərlər yayılıb.

 

 Hafiz Hacıyev Modern.az-a açıqlamasında 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən qeydə alındığını, bu məlumatların isə yalan olduğunu deyib:

 

Camaat ayağımın altında qurban kəsib. Orada əhalinin 90 faizi öz yerlilərimizdir, onlar artıq öz sözlərini deyiblər. Orada çox ciddi iş gedib və hər şey bəllidir. Bu məlumatı kim yayıbsa, qələt edib, başını daşa döyüb”

 

O, həmin etirazın başqa adamla əlaqəli olduğunu bildirib:

 

“Məlumatı dəqiqləşdirmək üçün Xanlarda istənilən seçiciyə müraciət etsəniz, o barədə sizə məlumat verəcəklər. Hafiz Hacıyev bir rayonun deyil, bütün Azərbaycan xalqının deputatıdır. Mənə gündə milyonlarla müraciətlər olur, mən də əlimdən gələn köməyi etməyə çalışıram”. 

Hafiz Hacıyev 9 fevral parlament seçkilərində qalib gələcəyinə də əmindir:

 

“Mən artıq Azərbaycan xalqının ürəyində deputat yox e, prezident seçkilərində də qalmış şəxsəm. Mən dünyada tanınmış bir şəxsəm. Deputatı xalq seçir, xalq da məni seçib”.

 

Əfsanə ŞƏRİF

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq