Modern.az

BMT-dən Trampa dəstək gəldi

BMT-dən Trampa dəstək gəldi

9 Yanvar 2020, 00:24

BMT-nin baş katibi Antoni Quterreş prezident Donald Trampın İranın İraqdakı ABŞ hərbi obyektlərinə raket hücumundan sonra verdiyi açıqlamasını alqışlayır.

 
Modern.az  xarici mediaya istinadən  xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarriç keçirdiyi brifinqdə bildirilib.

"Biz ABŞ prezidentinin qarşıdurmanın aradan qaldırılmasına yönəlik istənilən ifadəsini alqışlayırıq”, -  deyə Dujarriç vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Tramp televiziya vasitəsilə ABŞ-ın İranla barışmağa hazır olduğu mesajını verib, bununla belə, İrana qarşı iqtisadi sanksiya tətbiq ediləcəyini söyləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?